Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARIDünən, 15:55 |
Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib. Tutulanlar qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinir. Musavat.com xəbər verir ki, tutulan 6 şəxsdən biri saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır. Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs ediləcəyi iddia olunur. Səhiyyə Nazirliyinin mətbuat xidməti “məsələ ilə bağlı bəyanat veriləcəyini” açıqlayıb. Xatırladaq ki, dekabr 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti qanunsuz plastik əməliyyatlarla bağlı mətbuatda yayılan və 1 xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başladığını açıqlayıb. Bu ilin noyabrında isə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yaxın qohumunun Bakıda fəaliyyət göstərən plastik cərrahların qurbanı olduğunu açıqlayıb. Jurnalist saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların adlı siyahısını “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü - Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı” qeydi ilə yayımlayıb: “2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular? Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət - düz 30 min manat! ödəyib “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? Əlbəttə, saxta cərrahlarımız da özlərini daha inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi? Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”. Qənirə Ataşovanın yaydığı siyahını təqdim edirik: Saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların SİYAHISI 1. İsmayılova İnarə Azər qızı AH N039732 – Məlhəm Klinikası 2. Babayev Rövşən Vahid oğlu AH N039707 - Referans Estetik Mərkəz 3. Əmiraslan Əmiraslanov Rəsim oğlu AH N053249 - International Medical Center 4. Svetlana İbadullayevə Suleyman Q. Şahadətname No: 2491 Referans Estetik Mərkəz 5. Səkinə Xudiyeva Fərmayil qızı AH N045184 - Badam Medical Center Plastik Cərrah_Sakina_Xudiyeva 6. Vüsal Abdullayev - Badam Medical Center 7. Seymur Məmmədov İlqar Sertifikat AH N-052506 - Vımay Medical Center 8. Sevinc Heydərova Abısalam qızı - Respublika Diaqnostika Mərkəzi ATU 2003-2009 Dr.Sevinc.Heyderova 9. Elvira Rəhmanzadə Hüseyn qızı Sert: AH N047401 - National Prime Hospital Dr. Raxmanzade" 10. Hüseynzadə Əlif Hüseyn oğlu - National Prime Hospital Dr. Alifplast 11. Magamed Polukhov Xanlar oğlu AH N037747 - Funda Hospital Dr. Poluxov_m 12. Rabil Osmanov Üzeyir oğlu AH N045587 - Mercan Klinik Dr. Rabil_Osmanov 13. Elçin Ələsgərov Rəsim oğlu AH N047463 - Məlhəm Hospital 14. Mais Nəzərov Vaqif oğlu AH N044050 - Artromed Tibb Mərkəzi Dr_Nazarov_Mais 15. Pərviz Əhmədov Nizami oğlu - Badam Medical Center 16. Mirəzi Zaidov - HTC Cliniva Hospital, 08.04.1968 17. Taleh Huseynzade Azad oğlu 1992 DrTalehPlast 18. Günəş Piriyeva Abuzər qızı - Kəpəz Hospital İxtisası uzi həkimidir Dr GuneshPiriyeva 19. Hacı Kazımlı İlham oğlu - A Medical Hospital Dr.Hacı_Kazımlı 20. İbrahimov Famil Namiq oğlu 1991 - Laser Beauty Clinic VIP Dr Familİbrahimoff 21. Qüdrət Orucov Rəsim oğlu 1990 - laser Beauty Clinic Op Dr QudretOrucov 22. Əhmədova Asiman Yaşar qızı - LBC (Laser Beauty Clinic) Dr.Asiman.Ahmadova 23. Ulviyye Ağazadə Allahverən qızı 1993 Azər-Türk Med Klinika Dr.Ulviyya.Z.Agazada 24. Bağırova Sevinc Əziz qızı - Sonamed Klinikası; Dr.Sevinc.Bağırova 25. İsmayılova Xəyalə Uğur Estetik Mərkəz Ugur_Estetk_Merkezi777 26. İbrahimbəyli Bayram Vaqif oğlu - Dream Smile Diş Klinikası 30.05.1985; Dr.İbrahimbəyli 27. Əmiraslanlı Bəxtiyar Ramazan oğlu - Unikal Klinika Dr.Baxtiyar_Amiraslanlı 28. Elnur Mehrəli Khalid oğlu 1984 - Yasamal Hospital Dr.ElnurMehrali 29. Qarayev Erkin Əli oğlu - Medaura Klinika Erkin_Doctor Dr_Erkİn_Qarayev 30. İbrahimova Günel Vahid qızı 31. Könül Ağamirova Əlifərid qızı - Milan VIP Hospital DrKonulAgamirova 32. Billurə Məmmədova Medicare Klinikası 33. Natəvan Əmirova Süleyman qızı - Laser Beauty Clinic Neapol Dr.N.Amirova 34. Nazlı Babayeva Dr_.Nazli 35. Nurlan Həsənli Medaura Clinic Dr.Nurlan_Hesenli 36. Rəvan Cəfərli İsaq oğlu 09.01.1996 Medika Hospital 37. Rüstəm Nəsibov Süleyman oğlu 09.07.1990 - Referans Estetik Mərkəzi 38. Elnur Rzayev А-Medical Hospitalda (Azərtürk) Dr.Rzayev_E 39. Şahin Əsgərov Mediland Hospital Dr.Sahin_Esgerov 40. Samiq Qurbanov А-Medical Hospital Dr.Samiq_Qurbanov 41. Sövkət Əliyeva Rüstəmzal qızı - Azər-Türk Med Klinika Cərrah_Shovket.Aliyeva 42. Türkan Şəfiyeva Mehman qızı - Caspian Hospital Op.Dr.Turkan_Shafiyeva 43. Elnara Quliyeva Dr.Elnara.Khulieva 44. Dr. Siruz Qəzənfərov Rinoplastika.SiruzQezenferov 45. Gülnar Səfərəliyeva Rəsim qızı 16.04.1986 Kraton Klinik Op.Dr.Gulnar_Safaraliyeva 46. Firuzə Rəcəbisaq Elmed Klinikası 0552388810 47. Gündüz Bayram İlham oğlu 05.06.1984 Dr.GunduzBayram.Official (Diş Həkimi) 48. Şəbnəm Əliyeva Dr.Shebnem_Alieva 49. Vəfa Gündoğan Dr.Vefa.Gundogan Musavat.com-un əməkdaşı siyahıdan ixtiyari bir ad seçməklə “Google” axtarış sisteminə daxil edib. Siyahıda adı olan Könül Ağamirovadan şikayətçi Nailə Əliyeva hələ 2020-ci ildə mətbuata üz tutaraq aldadıldığını açıqlayıb. Onun şikayətini olduğu kimi təqdim edirik: “Mən Əliyeva Nailə Zakir qızı estetik cərrah Könül Ağamirovanın instaqram səhifəsindəki reklamının qurbanı oldum. Reklamlarına aldanaraq “Milan Vip Hospital”a sinə kiçiltmə, liposaksiya əməliyyatı üçün müraciət etdim. Estetik cərrah Könül Ağamirova məndən 3700 AZN qarşılığında bu əməliyyatı yüksək səviyyədə keçirəcəyini bildirdi. 3700 AZN ödədikdən sonra 12 may 2020-ci ildə bu əməliyyata alındım. 8 saat cərrahi stolda narkoz altında əməliyyatda oldum. Lakin bir müddətdən sonra estetik əməliyyatımda heç bir dəyişiklik hiss etmədim, Könül Ağamirova ilə əlaqə saxlasam da, mənə müxtəlif bəhanələr gətirərək 2-3 ay müddətində effektini hiss edəcəyimi bildirdi. Aylar keçsə də, heç bir dəyişiklik hiss olunmadı. Ödənişimi geri istəsəm də, müxtəlif bəhanələr gətirərək mənə yenidən ikinci əməliyyatı keçirməyimi təklif etdi, “əgər alınmasa, ödənişini geri qaytaracam” dedi. Mən isə razı olmadım, pulumun geri qaytarılmasını tələb etsəm də, mənə süni bəhanələr, hədə-qorxular gəlinir, hətta “Milan Vip Hospital”ın baş həkimi də məni qəbul etməkdən imtina edir. Bildirmək istəyirəm ki, vətəndaşlarımız bu cür qeyri-peşəkar estetik cərrah Könül Ağamirovanın qurbanına çevrilməsinlər. Əks halda mənim ödənişim geri qaytarılmasa, məhkəmə orqanlarına şikayət edib təzminat tələb edəcəm. Bildirmək istəyirəm ki, “Milan Vip Hospital”da mənə qəbz belə verməkdən imtina ediblər. Düşünürəm ki, bu da vergidən yayınmağın bir növüdür”. Xatırladaq ki, sosial şəbəkələrdə Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib. Geri qayıt |