Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR...
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR...Dünən, 15:54 |
Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Rusiyanın hava məkanı mülki təyyarələrin uçuşları üçün təhlükəsiz deyil. Müharibə başladıqdan dərhal sonra Ukrayna hava məkanını mülki təyyarələrin uçuşu üçün qapadıb, Kiyevdəki “Borispol” hava limanı çalışmır. Doğru qərardır. Çünki havada raketlər və dronlar uçuşur, mülki təyyarələrə dəyə bilər. Üstəgəl hələ müharibə başlamadan əvvəl Donbassdakı separatçılar Niderlanda məxsus təyyarəyə zərbə endirmiş, nəticədə yüzlərlə mülki insan həlak olmuşdu. Müharibə daha sonra Rusiya ərazisinə keçdi. Ancaq Rusiya Ukraynadan fərqli olaraq hava məkanını qapatmadı. Halbuki, Rusiya şəhərlərinə də raket və dron zərbələri endirilir. AZAL təyyarələri Moskva və Sankt-Peterburqla yanaşı Rusiyanın digər şəhərlərinə də gündəlik uçuşlar həyata keçirirlər. Misal üçün Bakıdan Kazana təyyarələr uçur, halbuki, Ukrayna Tatarıstan paytaxtına da raket və dron zərbələri endirir. Ukrayna Çeçenistana da zərbələr endirir. Elə Xəzərin hava sahəsi də təhlükəsiz deyil. Burada Rusiya hərbi donanması ara-sıra Ukraynaya raketlər atır, Ukrayna isə Rusiyanın Xəzərdəki hərbi mövqelərini hədəf alır. Fikrimcə, təhlükəli hallarda Rusiya şəhərlərinə uçuşların təxirə salınmasına ehtiyac yarana bilər. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |