Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbi Azərbaycanla bağlı QAPALI GÖRÜŞ...

Qərbi Azərbaycanla bağlı QAPALI GÖRÜŞ...


26-12-2024, 11:05
Qərbi Azərbaycanla bağlı QAPALI GÖRÜŞ...
Bakı və İrəvan arasında gedən sülh danışıqlarına azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan) qaytarılması da daxildir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Hökumət sülh müqaviləsinin mətnində 300 min azərbaycanlının Ermənistana qaytarılması ilə bağlı birbaşa ifadənin olmadığını əminliklə söyləsə də, sırf bu məqsədlə daxil edilmiş bir ifadə var. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yöndə razılaşmanın olduğu göz önündədir.

Beynəlxalq hüquqa görə, tərəflər dini, irqi və linqvistik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyinə təminat verir. Vətəndaşlığından asılı olmayaraq, onların mədəni və dini hüquqları heç bir zərər görmədən təmin edilməlidir. Yəni deyilir ki, əgər azərbaycanlılar Ermənistana qaytısalar, onlar sıxışdırılmamalıdırlar. Bizim mənbələr onu da bildirirlər ki, Paşinyan ötən ildən bəri bir neçə dəfə qapalı görüşlərdə Əliyevin bu tələbini müzakirə edib”, - erməni nəşri belə yazıb.

Geri qayıt