Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR...
Ruslar təyyarəmizi vurduqlarını ETİRAF ETSƏLƏR...26-12-2024, 11:57 |
İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi. Bakı-Qroznı təyyarəsinin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib. Bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydılar - “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. O da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb? 2015-ci ildə Rusiyaya bağlı Donbass separatçılar Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurdular. Moskva bugünə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurulduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurulduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq. Elxan Şahinoğlu - siyasi ekspert "DİA-AZ" Geri qayıt |