Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ

Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ


26-12-2024, 17:32
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ
Azərbaycanda daha bir tiktoker həbs olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, tiktoker Zəhra Abbasova barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.

Z. Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub.

Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.

Bu gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Geri qayıt