Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir?
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir?26-12-2024, 19:00 |
Dünən Qroznıya gedən təyyarənin qəzaya uğraması bir sıra məsələləri gündəmə gətirib. Həlak olanların və yaralananların yaxınlarının verdiyi məlumata görə, bəziləri ora işləmək üçün gedirlər. İllərdir ki, Azərbaycandan Çeçenistana iş dalınca gedənlər var. Niyə məhz Qroznı? Çeçenistanda nə kimi iş var ki, neft ölkəsi olan Azərbaycanın vətəndaşları orda iş tapırlar? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, kütləvi şəkildə olmasa da, Qroznıya işləmək məqsədilə gedənlər var. İqtisadçının sözlərinə görə, orada çox böyük tikinti layihələri həyata keçirilir və maaşlar Azərbaycandan təəssüf ki, yüksəkdir: “Çeçenistana Rusiya dövlət büdcəsindən ildə təqribən 1,5 milyard dollara yaxın dotasiya ayrılır. Onlar da o dotasiya hesabına böyük quruculuq və tikinti işləri həyata keçirir, binalar tikir. Bizimkilər daha çox ora tikinti işlərində çalışmaq üçün gedirlər. Çünki Qroznıda maaşlar təqribən 1500 dollar civarındadır ki, bu da yüksək maaşdır. Azərbaycanda isə eyni sahədə işləyənlər o qədər maaş ala bilmirlər”. N.Cəfərli deyib ki, azərbaycanlıları Qroznıda işləməyə yüksək maaşlar cəlb edir: “Maaşların yüksək olması təbii ki, vətəndaşlarımızı orada işləməyə cəlb edir. Bu, bizim üçün düşünməyə, müəyyən qərarlar verməyə, bir nəticə çıxartmağa imkan və fürsət yaratmalıdır. Azərbaycanın özündə də təmir-tikinti işləri geniş vüsət alıb. Elə Qarabağın tikintisinə ildə milyardlarla manat pul ayrılır. İndi elə bir şərait yaranmalıdır ki, həmin vəsait iş yeri olaraq vətəndaşlara qayıtsın”. Geri qayıt |