Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir?

Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir?


Dünən, 09:08
Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir?
İkinci Qarabağ Müharibəsi zamanı, 2020-ci il noyabrın 9-da Azərbaycam Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus Mİ-24 helikopteri səhvən vurulmuşdu. Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində helikopterin ekipaj üzvlərindən 2-si ölmüş, 1-i yaralanmışdı. Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini bildirmiş və bununla bağlı təzminat təklif etmişdi.
Xatırladım ki, hadisə ilə bağlı Rusiyadan üzrü Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov yox, Azərbaycan dövləti istəmişdi. Bu, Azərbaycan dövlətinin səmimiyyətinin, böyüklüyünün və qürurunun göstəricisi idi.
İndi təyyarəmizin vurulması ilə bağlı Rusiyanın kiçik subyekti Çeçenistanı qabağa verib Azərbaycanın könlünü ələ almağa cəhd etməsi qəbuledilən deyil. Neçə ki Çeçenistan Rusiyanın tərkibində kiçik bir subyektidir, Naxçıvan da Azərbaycanın tərkibində muxtar respublikadır.

Samir Feyruzov - "DİA-AZ"

Geri qayıt