Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Proses pozulur: Ermənistan bundan imtina etdi

Proses pozulur: Ermənistan bundan imtina etdi


Dünən, 09:48
Proses pozulur: Ermənistan bundan imtina etdi
Azərbaycanla Ermənistan arasında sülh razılaşması üzrə əsas detallar açıqlanıb. Bu Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası, ATƏT-in Minsk Qrupunun ləğvi, Avropa İttifaqının “missiyasının” şərti sərhəddən çıxarılması və qarşılıqlı iddiaların geri çəkilməsi ilə bağlıdır. Son zamanlar Ermənistan cəmiyyətində bu məsələlər geniş müzakirə olunur. Nikol Paşinyan da bu günlərdə ATƏT-in Minsk qrupundan imtina məsələsinə toxunub.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, əslində Paşinyanın indiki açıqlamları sülh prosesinin irəliləməsinə deyil, daha çox daxili siyasi auditoriyaya yönəlib:

“Bu, daxili siyasi hesablaşmalar üçün irəli sürülmüş tezisdir. Çünki Paşinyan yenə də birmənalı ifadələr işlətmir. O Minsk Qrupunun buraxılma ehtimalını söyləməklə yanaşı bunun yalnız sülh müqaviləsi imzalanandan sonra ola biləcəyini deyir. Bu o deməkdir ki, sülh müqaviləsi imzalanmayacaqsa, Minsk Qrupu saxlanmalıdır”.

Politoloq hesab edir ki, indiki halda Minsk Qrupunun qalmasını Fransa daha çox istəyir:

“Rəsmi Paris bununla bölgədəki proseslərə müdaxilə etməyi planlaşdırır. Avropa İttifaqının “missiyası”nın da sərhədlərin delimitasiya və demarkasiyasından sonra ərazidən çıxarılmasının mümkünlüyü önə çəkilir. Ermənistan konstitusiyasında dəyişikliklərin isə 2027-ci ildə həyata keçiriləcəyi iddia olunur”.

Oqtay Qasımova görə, Paşinyanın açıqlamları pozitiv görüntü yaratsa da arxa planda başqa məqsədlər var:

“Məqsəd prosesi uzatmaq, vaxt qazanmaq və hansısa dönəmdə Ermənistan himayədarlarından daha ciddi dəstək almaqdır. Eyni zamanda erməni tərəfinin şərti sərhəddə kiçik miqyaslı təxribatlar törədib hansısa mövqeni ələ keçiməklə Ermənistan cəmiyyətində və orduda əhval-ruhiyyə yaratmaq məqsədləri var”.

Geri qayıt