Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir

Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir


29-12-2024, 08:11
Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir
Rusiya ATƏT-in Minsk Qrupunun buraxılmasına razılığını Zaxarovanın dili ilə ifadə etdi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Aşotyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib” sözlərini şərh edərkən deyib.

O bildirib ki, bu, Azərbaycan liderinin ilkin şərtlərindən biridir və artıq icra olunmaqdadır.
Geri qayıt