Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu
Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu5-01-2025, 19:22 |
Bakıda idmançıların davası ilə bağlı daha bir nəfər tutulub. Lent.az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə kütləvi davanın daha bir iştirakçısı - Musa Əhmədov müəyyən edilərək saxlanılıb. *** saat 18.29 Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. "DİA-AZ"ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur. Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir. *** saat 10.43 İdmançıların həbsinin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, adıçəkilən idmançılar başqa bir idmançını döyüblər. Döyülən idmançı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. *** saat 10:30 Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətindən "DİA-AZ"a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Geri qayıt |