Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azericard” şirkətində yeni təyinat olub

“Azericard” şirkətində yeni təyinat olub


6-01-2025, 17:20
“Azericard” şirkətində yeni təyinat olub
Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Quliyeva Banu Azərikard MMC şirkətinin Hüquq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin fevralından 2025-ci ilin yanvar ayına kimi “Azericard”da hüquq və sənədləşmə şöbəsinin müdiri olub.

Quliyeva Banu hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında vəkil kimi çalışır.

O, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Hüquq” üzrə bakalavr dərəcəsinə, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq” üzrə magistr dərəcəsinə, 2015-2019-cü illərdə isə Hüquq və İnsan Haqları İnstitutunda “Beynəlxalq Hüquq” üzrə doktorluq elmi dərəcəsinə yiyələnib.

Geri qayıt