Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan Ukraynanın taleyini yaşaya bilər

Ermənistan Ukraynanın taleyini yaşaya bilər


Bu gün, 09:22
Ermənistan Ukraynanın taleyini yaşaya bilər
Ermənistan hökumətinin bugünkü iclasında ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanmasını müzakirə edilib. Nəticədə hökumət ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

Ermənistan Aİ-ə üzvlüyü mümkündürmü?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Aİ-yə üzvlük məsələsi getdikcə güclənir:

“Hətta əhali arasında petisiya da təşkil olunmuşdu. Bunun nəticəsində qanunvericilik təşəbbüsü ilə parlamentdə müzakirələr keçirilir. Əvvəl Nikol Paşinyan sanki bu prosesi bir qədər kənara qoysa da Rusiya-Ukrayna müharibəsinin gedişində yenidən siyasi gündəliyə daşımağa başlayıb. Bunun üçün konstitusiya dəyişikliyinə ehtiyac var. Həmin amil də Azərbaycanın şərtləri sırasına öz əksini tapıb”.

Politoloqun sözlərinə görə, Ermənistanın Aİ üzvlüyü ilə bağlı məsələlər aktuallaşarsa, bu İrəvan-Moskva münasibətlərinin daha da kəskinləşməsinə səbəb ola bilər:

“Paşinyan administrasiyası son vaxtlar Rusiya ilə əlaqələrin tamamilə kəsilməməsinə çalışırdı. Rusiyadan götürdüyü iqtisadi dividentlərin üzərindən xətt çəkmək istəmir.
Lakin görünür, Fransa Ermənistana daha şirnikləndirici təkliflər verir. Ümumilikdə, Rusiya ilə Ermənistan münasibətləri qaynar fazaya keçə bilər. Ukrayna prosesləri buna nümunədir”.

Geri qayıt