Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azəriqaz” Qarabağ Qazisinə qarşı...

“Azəriqaz” Qarabağ Qazisinə qarşı...


Dünən, 12:55
“Azəriqaz” Qarabağ Qazisinə qarşı...
"Bu ilin Konstitusiya və Suverenlik ili elan edilməsindən , ən azı, məhkəmə təminatı hüququnun gerçəkləşəcəyinə, suveren dövlətin adından çıxarılan məhkəmə qərarlarının, axırı, onillər sonra icra olunacağına ümidlər öləziməkdədir. Nədən məhkəmələr, hakimlər getdikcə yüksək məhkəmə (hakimi) adını , andını 3-5 manatlıq sifarişə elə dəyişirlər ki, dövlətə də inam ölür, Konstitusiyaya da, suverenliyə də..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir...

Məqalədə daha sonra bildirilir: "Nizami Məhkəməsinin “Kapitalbank”ın özbaşınalığına vəkil bürosu qismində çıxış etməsindən yazmışdıq. Özbaşınalığa baxın, bank 2016-cı ildə 1-ci dərəcəli Qarabağ əlilinin Prezident təqaüdünü 6 ay “bloklayıb”, qazini ac qoyub, Nizami məhkəməsi (h. Fikrət Mirzəyev) 3 ay işi icraatında “bəsləyib” yoxa çıxarıb. Məhkəmə Hüquq Şurasına şikayətlərə cavab olaraq işin üç ay sonra Nəsimi məhkəməsinə göndərildiyi bildirilib, amma Nəsimi məhkəməsində də iş tapılmayıb. 2021-ci ildə Nizami məhkəməsinin hakimi Ülkər Yusifova ərizəni qərardadla geri qaytarıb, Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Fuad Babayev) bu qərardadı ləğv edib işi baxmağa qaytarıb. Bu yol da iş yerli-dibli yoxa çıxıb. Təzəzə dələduzluq faktı: 26.11.2024-cü ildə məhkəməyə daxil olan iddia ərizəsini hakim Starə Əliyeva 27 gündən sonra geri qaytarıb ki, işin bir hissəsi istehlakçı hüququnun pozulmasına aiddir, “Kapitalbank”ın yerini müəyyən etmək mümkün deyil!(?) Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin ( sədrlik edən “Bakcell”in vəkili kimi ad çıxarmış Vahid Sadıqov (bu heyətin daha bir hakiminə etiraz edilib, amma hələ də baxılmayıb) icraatındadır, amma onun da “Kapitalbank”ın məhkəmə toxunulmazlığını” qüvvədə saxlamayacağına ümid yoxdur. Göz gördüyündən qorxar , deyiblər.

“Azəriqaz” İB-nin 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən 16 illik imtinası bu il 17-ci ilə keçib. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinə, “Qazdan istifadə qaydaları haqqında” NK qərarının 4.2 bəndinə görə, məişət abonentlərinin sayğacla təchizatı, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısının vəsaiti hesabına təmin edilir. “Azəriqaz”, eləcə də digər kommunal xidmət qurumları isə qanunvericiliyə çeşidli bəhanələrlə əməl etmirlər. Qaz idarəsinin xidmətdən imtinasından, nə pulla, nə də pulsuz sayğac quraşdırmaqdan imtinasından Nizami məhkəməsində ötən ilin oktyabrında qaldırılan iddianı hakim Qumru Əliyeva bu ilin 13 yanvarında iddiaçı xəstəxanada olanda xəbərdarlıq etmədən “məhkəmə aidiyyatı” üzrə göndərib. (Çox güman, Bakı kommersiya məhkəməsinə) Bəyəm sayğac quraşdırılması, xidmətdən imtinaya, əldən çıxan faydaya görə kompensasiya tələbi kommersiya məhkəməsinə aiddir? Axı tərəflər kommersiya münasibətlərində deyil, sadəcə cavabdeh “Azəriqaz” əlil vətəndaşa 17 il qabaq verilən ofisin çöldən Kombi sistemilə qızdırılmasına nə texniki şərt verir, nə pulla, nə də pulsuz sayğac quraşdırır. Burada hansı kommersiya mübahisəsindən, marağından söhbət gedə bilər? Olsa-olsa, Nizami məhkəməsinin cavabdeh “Azəriqaz”dan 3-5 manatlıq “kommersiya marağı” ola bilər. 3-5 manata yüksək hakim adını, andını ləkələmək hansı şərəfə, vicdana, anda, ada sığar? Suala Məhkəmə Hüquq Şurası cavab verməyə borcludur..."


Geri qayıt