Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azsığorta”nın rəhbərliyində təyinat olub

“Azsığorta”nın rəhbərliyində təyinat olub


Bu gün, 09:22
“Azsığorta”nın rəhbərliyində təyinat olub
“Azsığorta” ASC-nin də rəhbərliyinə yeni təyinat baş tutub.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İlkin Zeynalov İlqar oğlu İdarə Heyətinin üzvü seçilib.

İ.Zeynalov 2025-ci ilin yanvarından etibarən bu vəzifəyə seçilir və müvəqqəti üzv kimi rəsmiləşdirilib. O, 2015-ci ildən biznesin inkişafı departamentinin direktorudur. O, 2024-cü ilin martından “Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına sədr təyin edilib.

Bununla da, İdarə Heyətinin strukturunda 5 şəxs olacaq:

Yusif Rəhim oğlu Soltanov – sədr
Qoşqar Arif oğlu Şəkərəliyev – sədr müavini
Elbrus Həbib oğlu Fərzəliyev – sədr müavini
Fərid Mübariz oğlu Qarayev – üzv
İlkin Zeynalov İlqar oğlu
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.

Geri qayıt