Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu idarənin rəis müavininə cinayət işi açıldı
Bu idarənin rəis müavininə cinayət işi açıldıBu gün, 15:30 |
Suraxanı rayon Su-kanal İdarəsinin rəis müavini Mehman Həşimova cinayət işi açılıb. Qaynarinfo-nun məlumatına görə, bir neçə ay əvvəl Mehman Həşimov saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyi ilə baxılır. Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Xatırladaq ki, Mehman Həşimov Xəzər rayon Su-kanal İdarəsinin rəis müavini vəzifəsində də çalışıb. Geri qayıt |