Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlərBu gün, 09:41 |
“Erməni lobbisi ilə əlbir olan müxtəlif mərkəzlər Qarabağ separatçıları üzərində Bakıda başlayan məhkəmədə bütün diqqətləri Ruben Vardanyana yönəldəcəklər. Araik Arutunyan, Arkadi Qukasyan və digər separatçılardan çox Vardanyana dəstəyi artırmağa çalışacaqlar”. Modern.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib. O deyib ki, bu işdə Vardanyanın pullarından və əlaqələrindən istifadə ediləcək. “ABŞ, Fransa, Niderland və digər ölkələrdə Vardanyanın azad olunması məqsədilə müxtəlif kampaniyalar həyata keçirməyə çalışacaqlar. Vardanyanın oğlunu müxtəlif televiziya kanallarına çıxaracaqlar, məqalələr yayımlayacaqlar. Bunlara seyrçi qalmamalıyıq. Həmin mərkəzlərin Azərbaycana qarşı növbəti həmlələrinə qarşı ev tapşırıqlarımız olmalıdır. Qərb ölkələrindəki səfirliklərimiz səfərbər olmalı, yerli media ilə əlaqələri genişləndirməli, separatizmin iç üzünü açan məqalələrin yayılmlanmasını təşkil etməlidirlər”, - ekspert vurğulayıb. E.Şahinoğlu bildirib ki, Ruben Vardanyandan Nelson Mandela “düzəltmək” təşəbbüslərini əngəlləməyə çalışmalıyıq. “Bu sıradan məhkəmə deyil, kəndləri dağılan, ailələrini itirən, valideynləri soyqırımına məruz qalan soydaşlarımızın şahid ifadələrinin dünyanın aparıcı media kanallarında və nəşrlərində yayınlanmasına nail olmalıyıq”. Xatırladaq ki, dünən Bakıda Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb. Geri qayıt |