Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması…
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması…Bu gün, 08:57 |
ABŞ-la iqtisadi, təhlükəsizlik və müdafiədən tutmuş demokratik təsisatlarımıza dəstəyə qədər, bir çox sahədə əməkdaşlıq mövcuddur. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası haqda parlamentdə danışarkən deyib. O bildirib ki, bu, yaxşı perspektivlər açan çox uğurlu, çoxşaxəli sənəddir: “Amma mən başqa bir şey üzərində dayanmaq istəyirəm. Çox maraqlı manipulyasiya prosesləri var idi. Bəziləri dedi: hamı xilas oldu... Şimalda, cənubda, şərqdə və qərbdə xilaskarlar axtarmağa ehtiyac yoxdur. Əgər özümüzü xilas etmək imkanımız varsa, o zaman bunu özümüz etməliyik ki, xilas olaq, inkişaf edək, güclənək. Biz xilaskar axtarmırıq və bu sənədlə heç bir xilaskar tapmadıq. Başqa bir qrup deyir ki, bu, hərbi ittifaqdır. Yəqin ki, daha sonra deyəcəklər ki, görürsən, strateji müttəfiqlik işləmədi. Amma ən parlaq qrup da var, dedi ki, yaxşı və ya pis, Tehran və Moskva buna görə bizi cəzalandıracaq. Mən Moskvada səfərdə idim, müavinim isə iki gün öncə Tehrandan qayıdıb. Biz çox yaxınıq, deyə bilərik ki, Moskva və Tehrandakı həmkarlarımızla gündəlik, həftəlik təmasdayıq, bir çox məsələləri koordinasiya edirik və qarşılıqlı anlaşma və tərəfdaşlıq şəraitində işləyirik”. Bir daha xartiyaya qayıdan Mirzoyan qeyd edib ki, bu, mühüm sənəddir: “Onu hərbi ittifaq adlandırmaq olmaz; bu, ümumiyyətlə, müqavilə deyil, xartiyadır”. Geri qayıt |