Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ...
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ...Bu gün, 10:46 |
Son illərdə Azərbaycanda aparılan islahatlar sayəsində gənc və peşəkar kadrların yüksək vəzifələrə təyin olunması mütəmadi hal alıb. Buna baxmayaraq, yüksək vəzifə tutan təcrübəli məmurların sayı da az deyil. Bizim.Media hazırda yüksək vəzifə tutan ən yaşlı məmurların siyahısını təqdim edir: Yaqub Eyyubov 80 yaşlı Yaqub Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini icra edib. 2003-cü ildən etibarən isə Y.Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə 30 ildən artıqdır ki, vəzifə başındadır. O bir zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr əvəzi, sonra isə sədri olub. Sonradan adı dəyişdiriliən quruma Məleykə Abbaszadə yenidən rəhbər təyin edilib. Məleykə Abbaszadənin 72 yaşı var. Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 25 ildir vəzifə başındadır. O 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. 74 yaşlı Məzahir müəllim artıq 25 ildir eyni postda çalışır. Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov yaşlı məmurlardan biridir. O 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Sonradan qurumun adı dəyişdirilərək Əqli Mülkiyyət Agentliyi olub. Qeyd edək ki, Kamran İmanovun 79 yaşı var. Adil Məmmədov Qobustan rayonu İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da 31 ildir "icra başçısı" titulunu daşıyır. 73 yaşlı Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonlarının icra başçısı olub. 26 aprel 2011-ci ildə isə Qobustan rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Novruz Novruzov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 1995-ci ildən vəzifə başındadır. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə isə Şabran rayonlarının icra başçısı olub. 5 aprel 2019-cu ildən Siyəzən rayon İcra Hakimiyyətinə rəhbərlik edən Novruz Novruzovun 71 yaşı var. Malik İsaqov Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov 24 ildir adıçəkilən rayona rəhbərlik edir. O, 2001-ci ildə Qubadlının icra başçısı vəzifəsinə təyinat alıb. Malik İsaqovun 72 yaşı var. Vahid Novruzov Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci il yanvarın 7-də anadan olub. 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir. Vahid Novruzovun hazırda 75 yaşı var. İsa Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə anadan olub. 76 yaşlı Akademik 2022-ci ildən AMEA-nın prezidentidir. Elman Rüstəmov 2022-ci ildə bəri Baş nazirin müşaviri vəzifəsində çalışan Elman Rüstəmov 1952-ci ildə anadan olub. Hazırda 73 yaşı olan Elman Rüstəmov 1995-2022-ci illərdə Mərkəzi Bankın sədri vəzifəsini icra edib. Geri qayıt |