Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib

“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib


Dünən, 16:58
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib
“Yelo Bank” ASC-nin Kiçik və Orta Biznes Müştəriləri Departamentinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Vüqar Tahirov təyin edilib.

O, 2021-ci ilin fevral ayından indiyə kimi Kiçik və Orta Biznes Müştəriləri Departamentinin direktor müavini olub. Maliyyə sahəsində 18 illik təcrübəsi var.

Vüqar Tahirov 2020-2024-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” üzrə bakalavr təhsili alıb.

Geri qayıt