Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Şagirdlərdə əlavə stres yaradır..."

"Şagirdlərdə əlavə stres yaradır..."


Dünən, 07:30
"Şagirdlərdə əlavə stres yaradır..."
"Azərbaycanda təhsil sistemi son dövrlərdə KSQ və BSQ-lərin həddindən artıq tətbiqi, tətillərin balanssızlığı və texnologiyaların düzgün inteqrasiya edilməməsi kimi ciddi problemlərlə üzləşir. Bu, şagirdlərin həddindən artıq yüklənməsi, dərsləri tam mənimsəyə bilməməsi və valideynlərin prosesi qeyri-şəffaf şəkildə idarə etməsinə səbəb olur.

KSQ və BSQ-lər şagirdlərin davamlı olaraq biliklərinin yoxlanması üçün nəzərdə tutulsa da, onların çoxluğu şagirdlərdə əlavə stres yaradır və yalnız qiymət toplamağa fokuslanma ilə nəticələnir. Bununla yanaşı, bəzi valideynlərin bu imtahanları övladlarının yerinə etməsi, şagirdlərin öz məsuliyyətlərini dərk etməsinə mane olur".

Sitat.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, digər tərəfdən, texnologiyalar təhsil prosesində potensial faydalı vasitə olmasına baxmayaraq, bəzi hallarda düzgün istiqamətdə istifadə edilmir: "Şagirdlər, xüsusilə KSQ və BSQ-lərdə süni intellekt alətlərindən sui-istifadə edir, bu da onların real öyrənmə və düşünmə bacarıqlarını məhdudlaşdırır.

Beynəlxalq təcrübə göstərir ki, düzgün planlaşdırılmış tətil dövrləri və yaradıcı qiymətləndirmə sistemləri şagirdlərin təhsil keyfiyyətini artırır. Məsələn, Finlandiyada fərdiləşdirilmiş tədris metodları və texnologiyanın səmərəli tətbiqi şagirdlərin müstəqil öyrənmə qabiliyyətini artırır. Azərbaycan təhsilində də bu istiqamətdə islahatların aparılması vacibdir. Təhsil sistemi şagirdlərə yüklənmədən effektiv öyrənmə mühiti təqdim etməli, texnologiyadan düzgün istifadəyə şərait yaratmalı və tətillərin balanslı olmasını təmin etməlidir".
Geri qayıt