Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Şahin Bağırov onların rütbəsini artırdı
Şahin Bağırov onların rütbəsini artırdıBu gün, 11:52 |
Dövlət Gömrük Komitəsində bir neçə nəfərə növbəti xüsusi rütbə vaxtından əvvəl verilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, aşağıdakı şəxslərin rütbəsi artırılıb: Aslanov İsmayıl Bahadir oğlu (Maliyyə və Təchizat İdarəsi, İdarə rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovniki Bağırov İlkin Mahmud oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi / İstintaq idarəsi,İdarə rəisinin müavini) Növbəti rütbə: Gömrük xidməti polkovniki Məmmədov Elvin Əli oğlu (Katiblik, Katibliyin rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovniki Camalov İlqar Elmar oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi / Əməliyyat İdarəsi / Rəqəmsal ticarət araşdırmaları şöbəsi, Şöbə rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovnik-leytenantı. Geri qayıt |