Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi

Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi


Bu gün, 10:50
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Bununla da lisenziyası ləğv edilən plastik cərrahların sayı 6-ya çatıb.

Lent.az lisenziyası ləğv edilən daha bir plastik cərrahın kimliyini öyrənib.

O “Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovadır.

Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.

Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi

Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədiri hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohmudur.

Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair xəbər vermişdik.

Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.

Geri qayıt