Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladıBu gün, 08:36 |
“ABC News”un yaydığı xəbərə görə, ABŞ Dövlət Departamenti bütün dünyada USAİD əməkdaşlarının təxliyəsi üçün işlərə başlayıb. USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bir neçə gün əvvəl bağlanıb. Bir neçə mənbə “ABC News”a bildirib ki, departament USAİD-in bütün əməkdaşlarını və onların ailə üzvlərini bu həftənin şənbə gününə qədər ABŞ-a qaytarmağı planlaşdırır. Bundan əlavə, qeyd edilir ki, agentliyin yeni təyin olunmuş inzibatçı müavini Pit Marrokko Dövlət Departamentinin rəsmilərinə bildirib ki, geri çəkilmə qısa zamanda tamamlanmasa, prosesə hərbi qüvvələr cəlb olunacaq. USAİD-in keçmiş əməkdaşı isə Amerika mediasına müsahibəsində deyib ki, ailələri və maddi-texniki problemləri olduqda onları cinayətkarlar kimi Vaşinqtona çağırmaq qəddarlıqdır: “Bu insanların məktəbdə uşaqları var”. Bəllidir ki, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Belə ki, ABŞ Dövlət Departamentindən yayılan bəyanatda USAİD proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-ın əsas maraqlarına cavab vermədiyi qeyd olunub. Digər mühüm məqam isə ondan ibarətdir ki, USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. 2-3 fevral tarixlərində USAİD-in həm rəsmi saytı, həm X sosial şəbəkə hesabı bağlanıb. Hazırda agentliyin veb səhifəsi yalnız ABŞ Dövlət Departamentinin saytı daxilində mövcuddur. Bu da sözügedən qurumun ABŞ hökuməti tərəfindən tamamilə ləğv olunması təhlükəsini və dövlət nəzarəti altına salınması riskini artıran amillərdəndir. “USAİD 34 ilə yaxın Azərbaycanda fəaliyyət göstərib. Amma bu fəaliyyət çox qaranlıq və şübhəli olub”. Bizim.media.az yazır ki, ötən dövrdə USAİD tərəfindən Azərbaycana 450 milyon dollar yardım edilib. Ancaq yardımların statistikası və hara xərclənməsi nədənsə açıqlanmır. “Lakin araşdırmalarımız nəticəsində məlum olub ki, Həmin 450 milyonun böyük hissəsi Azərbaycana qarşı bir sıra təxribatların törədilməsinə xərclənib. Məsələn, III Respublika Platforması adlı təxribatçı qurumun yaradılması birbaşa USAİD-lə bağlıdır. Eyni zamanda qaçaqmalçılıqda ittiham olunan "Toplum TV" üzvlərinin də qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur. Ona görə də USAİD-dən son 34 ildə Azərbaycanda xərcləndiyi iddia olunan 450 milyon dollar vəsaitin hesabatını tələb etməliyik. Eyni zamanda ölkəmizin hüquq-mühafizə orqanları həmin 450 milyonun kimlərə verildiyi və hansı qanunsuz məqsədlər üçün xərcləndiyini araşdırmalıdır. Əminliklə demək olar ki, bu vəsaitin böyük hissəsi Azərbaycan dövlətçiliyinin və milli maraqlarımızın əleyhinə xərclənib. Ona görə də vəsaitin xərclənmə istiqamətləri müəyyən edilməli, həmin vəsaitdən şəxsi maraqları və dövlət əleyhinə istifadə etmiş şəxslər ən ağır şəkildə cəzalandırılmalıdır, - deyə yazıda bildirilir. USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib. Bu barədə isə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Bəs bundan sonra yuxarıda qeyd olunan 450 milyonla bağlı hansısa araşdırma ola bilərmi? Siyasi şərhçi Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, USAİD-in hətta ABŞ milli maraqlarına belə, ziyan vuran fəaliyyətlə məşğul olduğunu artıq Amerikada rəsmi dairələr etiraf etməyə başlayıb: “Prezident Tramp hətta USAİD rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-ın onlardan qurtulacağını bildirmişdi. ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla, bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i "cinayətkar təşkilat" adlandırıb. ABŞ-ın prezidenti və onun komandasına daxil olan şəxslər USAİD-i bu cür qiymətləndirir və artıq fəaliyyətini dayandırmaq qərarı verirlərsə, Azərbaycan XİN-in məlum bildirişi göndərməməsi məntiqsiz olardı. Əslində ABŞ-ın yeni rəhbərliyinin USAİD-lə bağlı verdiyi qərar və açıqlamalar Azərbaycan hökumətinin USAİD-in Bakı nümayəndəliyi ilə bağlı ötən il verdiyi qərarın tamamilə haqlı olduğunu isbatlamış oldu. Məlum oldu ki, Bakı bu qurumun Azərbaycanda fəaliyyətinin dayandırılmasının zəruri olduğu qənaətinə heç də boşuna gəlməyib. USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Bütün fəaliyyəti dövründə USAİD Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 450 milyon dollar xərclədiyi deyilir. Hətta yayılan məlumatlara görə, həmin vəsaitin böyük bir hissəsi isə məhz ölkəmizdə təxribatların hazırlanmasına yönəlib. 50 milyard dollardan çox büdcəsi olan bu təşkilatın büdcəni nəyə xərclədiyilə bağlı ciddi şübhələr yaranıb. Bəlli olur ki, USAİD büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatına, Əfqanıstandakı radikal qruplaşmaların təşkilinə xərcləyib. İstisna deyil ki, Azərbaycanda radikal qruplara da ən müxtəlif yollarla həmin vəsaitlərdən ötürülüb. Ölkədə USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərilib” Ona görə də USAİD-in fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac var. USAİD postsovet məkanı ölkələri vətəndaşlarının casusluğa cəlb edilməsi fəaliyyəti ilə, ictimai rəyi manipulyasiya etmək üçün media subyektlərinə bənzər subyektlər yaratmaqla məşğul olub. Azərbaycanda USAİD-in sərf etdiyi vəsaitlərin təbii ki, kimlərə, hansı təşkilatlara, hansı layihələrə yönəldiyi müvafiq qurumlar tərəfindən yəqin ki, araşdırılacaq. Belə bir araşdırmanın aparılması heyrətamiz faktları, korrupsiya əməllərini üzə çıxarar. Fevralın 6-da Report.az hökumətdəki mənbəyə istinadən məlumat yayıb ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin də ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Geri qayıt |