Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir?

4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir?


Dünən, 17:51
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir?
Xəbər verdiyimiz kimi, ötən il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılıb. Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Hadisənin üstündən 4 ay keçməsinə baxmayaraq, bu vaxta qədər nə gəmilər, nə də Azərbaycan vətəndaşları sərbəst buraxılıblar.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri Bakupost.az saytı yaymışdı.
Həmin xəbər yayıldıqdan sonra Azərbaycan XİN və Dövlət Dəniz Administrasiyası hərəkətə keçsə və qarşı tərəflə danışıqlar aparılsa da, nəticəsi olmayıb. Halbuki, yanvarın əvvəllərində "Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrə olduğunu açıqlamışdı.
Onu da qeyd edək ki, bu gün Eritreyada girovluqda olan Azərbaycan vətəndaşlarının valideynləri “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının binası qarşısında aksiya keçiriblər. Aksiya zamanı onlar şirkətin direktor müavini Aqşin Rəhimov ilə görüşüblər. Aksiyada onların niyə hələ də azad olunmadıqları məsələsi qaldırılıb.
Azərbaycan vətəndaşlarının nədən hələ də girovluqdan azad edilməməsi, onların azad olunması üçün hansı işlərin görülməsi ilə bağlı “Caspian Marine Services B.V.” şirkətinin ölkəmizdəki filialına sorğu göndərsək də, hələlik cavab ala bilməmişik.
Bəs Xarici İşlər Nazirliyi bu istiqamətdə hansı tədbirləri görüb? Girov götürülən əməkdaşların azad olunması niyə mümkün olmayıb?
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ilə əlaqə saxladıq. O bu məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini dedi:
“Bu barədə yeni açıqlamamız yoxdur”.

BakuPost

Geri qayıt