Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan böyük hücuma hazırlaşır?
Ermənistan böyük hücuma hazırlaşır?Bu gün, 07:21 |
![]() "Caliber” hərbi-analitik portalının “Youtube” kanalının Ermənistanın müharibəyə hazırlaşması haqda süjeti ictimaiyyətdə müzakirə edilir. Xüsusən Fransanın bu prosesdə aktiv iştirakı gözdən qaçmır. Lakin məsələnin içində Rusiyanın olma ehtimalı da gündəmə gəlir. Azərbaycanın Rusiya ilə gərgin münasibətlərdə olduğu vaxtda Ermənistanın savaş ritorikasını artırması ölkəmizə nə vəd edir? Ermənilərin bu hərəkətliliyinin arxasında Rusiya amili varmı? Globalinfo.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistan vaxtaşırı Azərbaycana qarşı təxribatlara cəhd edir: “Aydın məsələdir ki, İrəvanın belə bir addımı təkbaşına atmağa gücü yoxdur. Adətən Ermənistana ya Fransa, ya da Rusiya dəstək verir. Rusiya-Azərbaycan münasibətlərinin pis olduğu bir zamanda İrəvanın belə cəsarətlənməsi təəccüblü deyil. Ümumiyyətlə, Rusiya Bakı və İrəvanı bir-birinə qarşı qoymağı sevir. Hətta danışıqların uzun illər baş tutmaması, işğalın davam etməsi də Rusiya ilə bağlı idi. Kreml məntiqlə Qarabağ münaqişəsinin bitməsini heç vaxt istəməyib. Buna görə yeni münaqişə yaratmağa çalışır”. Politoloq bildirib ki, Ermənistan Azərbaycanla genişmiqyaslı müharibəni gözə ala bilməz: “İrəvanın belə bir müharibə üçün nə iqtisadi gücü, nə də ordusu var. Ermənistan hələ 44 günlük müharibənin fəsadlarını geridə qoya bilməyib. Fransadan aldığı silahları istifadə edəcək kadrları da yoxdur”. Geri qayıt |