Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunubBu gün, 15:48 |
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub. "APA-Economics"in əldə etdiyi məlumata görə, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib. O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb. SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir. Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. Geri qayıt |