Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR?
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR?Bu gün, 06:07 |
![]() İctimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarında dəyişiklik edilməsidir. Bir qisim insan xüsusən soyadlardakı “ov, yev” hissəsinin ləğvini və əvəzlənməsini tələb edirlər. Bildirirlər ki, sözügedən sonluqlar rusmənşəlidir və milliləşdirilməyə ehtiyac var. Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, insanlar könüllü şəkildə soyadlarında dəyişiklik edə bilərlər: “Bununla bağlı heç bir məcburiyyət yoxdur. Qanun imkan verir ki, kim özünü milli soyadında görmək istəyirsə, bunu etsin. Lakin bunun da müəyyən öhdəlikləri var. Xüsusən sənədlərin dəyişdirilməsi baxımdan. Bəzi insanlar sənədləşmə, yaxud da başqa səbəbdən belə dəyişikliyə müsbət baxmırlar. Amma soyadın dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı kəskin qadağa yoxdur”. Deputat Razi Nurullayev isə bildirib ki, “ov”, “yev” kimi soyadların yavaş-yavaş sıradan çıxarılması məqsədəuyğun olar: “Amma insanları buna məcbur etmək olmaz. Bununla bağlı müəyyən qaydalar təsbit olunub. Hər bir şəxs soyadını könüllü dəyişə bilir. Yeni doğulan uşaqlarda bu halların tez-tez baş verdiyinin şahidi oluruq. Görünür, zamanla təbii yollarla bu məsələ həllini tapacaq. Soyadında “ov”, “yev” hissəsi qalan nəslin nümayəndələri də istəsələr, bununla bağlı addım ata bilərlər. Mənim soyadımda da həmin hissə var. Dəyişdirməklə bağlı çox düşünmüşəm. Lakin Nurullayev soyadında necə rahat, diləyatımlı formada dəyişiklik edəcəyimi bilmirəm. Yaxın aylarda uyğun bir variant tapıb soyadımın sonluq hissəsindən azad olacam. Türk adlarında çox halda ad və soyad arasında fərq hiss olunmur. İnsanı adı yerinə soyadı ilə çağırırlar. Çünki ikisi də ad formasında olur. Ona görə də soyad sonluğu fərqli olmalıdır ki, addan seçilsin. Bir çox insanlarda bu problem var”. Deputat qeyd edib ki, bəzi şəxslər cəmiyyətdə hazırkı soyadları ilə tanınırlar: “Dəyişiklik onlar üçün psixoloji baxımdan çətin olur. Bu səbəbdən məcburiyyətin tərəfdarı deyiləm. Könüllü şəkildə təbliğat aparıla bilər ki, insanlar bir yol tapıb soyadlarını dəyişsinlər Geri qayıt |