Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Onlar da vəzifələrini itirdilər
Onlar da vəzifələrini itirdilər18-02-2025, 14:54 |
![]() Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi keçirilib. Bakupost.az xəbər verir ki, baş məclisdə MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Belə ki, Çingiz Hüseynzadə, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənova İK-nin yeni üzvləridir. Bundan əvvəl İcraiyyə Komitəsinin üzvü olan Hacı Ramil Qəşəm oğlu, Könül Nurullayeva və Mariana Toteva Vasilyeva bu dəfə seçilməyiblər. Qeyd edək ki, Ramil Hacı 2023-cü ildə Naxçıvanın gənclər və idman naziri vəzifəsindən, Mariana Vasilyeva isə cari ilin yanvar ayında gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunublar. Könül Nurullayeva isə Milli Məclisin deputatıdır. Geri qayıt |