Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı18-02-2025, 17:48 |
![]() Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir diqqətçəkən təyinat imzalayıb. Məlumata görə, o, SHXÇDX-nin Hüquq İdarəsinin rəisi vəzifəsinə ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyevi təyin edib. Xatırladaq ki, yeni rəis də MTN ləğv edildikdən sonra həmin xidmətdən kənarlaşdırılanlar arasında olub. Onu da bildirək ki, vaxtilə MTN-də işləyən M.İbrahimov yeni təyinatlarda daha çox oradan "vurulan" kadrlara üstünlük verir. Yeri gəlmişkən, MİA.AZ saytı bundna əvvəl Mürsəl İbrahimovun 2023-cü ilin aprel ayında özünə Baş köməkçi götürdüyü qalmaqallı sabiq MTN-çi Tehran Babatovu bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə Baş köməkçi götürməsi haqda yazıb. Həmin xəbəri bu linkdən oxuya bilərsiniz: https://www.mia.az/w1078798/1078798 Xidmətdəki dəyişiklikləri diqqətdə saxlayırıq. MİA.AZ Geri qayıt |