Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa Sülh Fondunun Ermənistana dəstəyi...

Avropa Sülh Fondunun Ermənistana dəstəyi...


Dünən, 21:01
Avropa Sülh Fondunun Ermənistana dəstəyi...
“Avropa Sülh Fondunun Ermənistana maliyyə dəstəyi xristian təəssübkeşliyindən qaynaqlanır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, bu cür yardımlar bölgədə vəziyyəti gərginləşdirməklə yanaşı, Ermənistanı yeni qarşıdurmalara həvəsləndirir:

“Avropa Sülh Fondunun Ermənistana dəstəyi Cənubi Qafqazdakı sülh prosesinə ciddi zərbə vurur, rəsmi İrəvanı yeni qarşıdurmalara həvəsləndirir.

Bu gün Ermənistanın təhlükəsizliyi ilə bağlı heç bir təhdid, heç bir problem mövcud deyil. Belə olan halda Avropa Sülh Fondu Ermənistanın sialhlanmasına niyə vəsait ayırır?

Ermənistan ərazisində müharibə olmayıb, bu ərazi heç vaxt dağımntıya məruz qalmayıb. Birinci Qarabağ müharibəsi də, 44 günlük Vətən müharibəsi də Azərbaycan ərazisini əhatə edib. Dağıntıya da məhz Azərbaycan ərazisi məruz qalıb. Bəs onda nə üçün Avropa Sülh Fondu müharibə görən Azərbaycana bu dağıntıların bərpası üçün vəsait ayırmır?

Bu fakt bir daha sübut edir ki, Avropa Sülh Fondunun verdiyi qərar obyektivlikdən uzaqdır və əsla təqdir edilə bilməz”.
Geri qayıt