Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib

Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib


Bu gün, 04:32
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib
Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva geyim tərzi ilə yenidən gündəmə gəlib.

32gun.az-ın məlumatına görə, deputatın yayılan fotosunda məşhur "Balenciaga" brendinə məxsus kəmər taxdığı görünür.

Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib

Araşdırma zamanı məlum olub ki, sözügedən aksesuarın bazar qiyməti orta hesabla 840 manatdır. Bu markaya məxsus kəmərlərin qiymətləri isə 700 manatdan 1000+ manata qədər dəyişir.

Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib

Son dövrlərdə bəzi deputatların geyim tərzi və istifadə etdikləri bahalı aksesuarlar ictimaiyyət arasında maraq doğurur.

Könül Nurullayeva da dəfələrlə geyim seçimi ilə diqqət çəkib.

Qeyd edək ki, Könül Nurullayeva Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti olmaqla yanaşı, ISSA İcraiyyə Komitəsinin üzvü və Qiymətləndirmə və Təftiş Komissiyasının sədridir. (Şəkil 2023-cü ilə aiddir, həmin dövrdə federasiya ISSA yox, ISSF adlanırdı.)

Video BURADA... BAXMAQ ÜÇÜN BURA TIKLAYIN...
Geri qayıt