Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbiBu gün, 09:07 |
![]() İran regionda təsirini artırmaq istəyir. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib. “Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı İmperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - o bildirib. Akopyanın fikrincə, ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla: “ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”. Geri qayıt |