Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi


Bu gün, 12:47
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli ölkəmizin Mərkəzdəki nümayəndəsi təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi

Geri qayıt