Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilirBu gün, 12:38 |
![]() Azərbaycanda Rusiyada qeydiyyata alınan “Crocus Group”un 3 törəmə şirkəti ləğv edilir. Banker.az xəbər verir ki, ləğv edilən şirkətlər “Krokus Azərbaycan” MMC, “Crocus İnteriors” MMC və “Crocus Audit” MMC-dir. “Crocus İnteriors” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 60 manatdır və qanuni təmsilçisi Cəmilə Ağalarovadır. 2007-ci ildə dövlət qeydiyyatına alınan “Krokus Azərbaycan” MMC 50 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də qanuni təmsilçisi Cəmilə Ağalarovadır. 500 manat nizamnamə kapitalı olan “Crocus Audit” MMC isə 2015-ci ildə yaradılıb, qanuni təmsilçisi Nurlan Orucovdur. Onu da bildirək ki, “Crocus Group” azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur. Geri qayıt |