Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilərBu gün, 10:10 |
![]() “Əvvəl-axır Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Belə bir saziş imzalanmasa, münasibətləri qaydaya salmaq, regionda inkişafı irəli aparmaq mümkünsüz olacaq. Ən azı Ermənistan üçün. Hesab edirəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu anlayır. Bilir ki, əgər Azərbaycanla sülh sazişi imzalanmasa proses Zəngəzura keçəcək, Ermənistan bu ərazini itirəcək. Daha sonra Göyçə və digər ərazilər məsələsi ortaya çıxacaq. Odur ki, Ermənistan Konstitusiya referendumuna getməli, ana sənədindəki ərazi iddiasından əl çəkməlidir. Azərbaycanın bu məsələlərdə mövqeyi aydın və qətidir”. Bu sözləri Reyting.az-a professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Azərbaycanda əvvəlcə 44 günlük müharibəyə qarşı çıxan, daha sonra Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyən şəbəkələr tədricən zəifləyib yoxa çıxacaqlar, çünki artıq onlara xaricdən maliyyə verilmir. C. Nuriyev hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan sülh sazişi əldə etməyə hazır olsalar da, Daşnaksütyun Partiyası və onun ideologiyasının daşıyıcıları Ermənistanda buna maneə yaradırlar: “Daşnakların bir qrupu Vətən müharibəsi zamanı zərərsizləşdirilsə də, tör-töküntüləri İrəvana toplaşıb. Ancaq ümid edirəm ki, Ermənistanda ağıllı insanlar onların öhdəsindən gələ biləcək”. Professor bir daha təkrar edib ki, tərəflər tezliklə sazişi imzalamalıdır: “Mən sentyabr ayına qədər bu sazişin imzalanmasını gözləyirəm. Əks təqdirdə, dediyim kimi, Zəngəzur məsələsi ortaya çıxa bilər. Ermənistan yaxşı-yaxşı düşünməli, başqa qüvvələrin əlaltısı olmamalıdır”. Geri qayıt |