Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Aybəniz İsmayılovanın ADY-dəki qohumları
Aybəniz İsmayılovanın ADY-dəki qohumlarıBu gün, 11:25 |
![]() “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz Rafik qızı İsmayılovanın ADY-də hələ də çalışan ona yaxın olanların və qohumlarının siyahısı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu şəxslər qurumda yüksək vəzifə tuturlar. ![]() Siyahını təqdim edirik: 1. Ceyhun Nağıyev – QSC-nin İnsan resursları departamentinin müdiri (əvvəllər “OBA” marketlər şəbəkəsində çalışıb), 2. Azər Fərəcov - Sərnişindaşıma departamentinin müdiri (“Atasığorta” ASC-də çalışıb, daha sonra kənarlaşdırılıb), 3. Emil İsmayılov - Sərnişindaşıma xidmətinin rəisi (Sığorta şirkətlərinin birində çalışıb), 4. Fərəh Mirili - PR Departmentinin baş mütəxəssisi, satınalma və tədbirlərin təşkilinə cavabdeh şəxs (Aybəniz İsmayılovanın nöqsanları əsasən F.Mirilinin sorğu-sual edilməsi əsasında üzə çıxıb), 5. Anar İmanverdiyev – Rəqəmsallaşma departamentinin müdir müavini (Ceyhun Nağıyevin kirvəsidir), 6. Daşqın Rəcəbli – Kommunikasiya departamentinin rəhbərinin müavini (Aybəniz İsmayılovanın dostu), 7. Nigar İzmayılova - Cüdo Federsiyasında sponsorluq layihələri üzrə müşavir. Qeyd: Hazırda A.İsmayılovanın vəzifədə olduğu dövr üzrə yoxlamaların aparıldığı bildirilir. Geri qayıt |