Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qarabağda 467 milyon dollar pulu kimlər "yeyib"?..
Qarabağda 467 milyon dollar pulu kimlər "yeyib"?..19-04-2025, 10:25 |
![]() “Dünən Azərbaycanda ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvanda Nairi Zaryan küçəsi, 17A ünvanında yerləşən nümayəndəliyinin qarşısında sərt etiraz aksiyası keçirilib. Moderator.az xəbər verir ki, “Johovurd” nəşrinin yazdığına görə, Qarabağdan köçmüş ermənilərin fəallarından hesab edilən Artur Osipov və onu dəstəkləyən 20-yə yaxın digər hay kriminal separatçı rejimin sonuncu üzdəniraq “prezident”i Samvel Şahramanyanla görüş tələb ediblər və “bunu dava edərək, bağıraraq, jurnalistlərin üstünə qışqıraraq, təhqir edərək, xuliqanlıq nümayiş etdirərək ediblər”. Erməni qəzetinin mənbələrinin iddia etdiyinə görə, həmin şəxslər hələ 2018-ci ildə Qarabağda Nikol Paşinyana və onun hökumətinə dəstək ifadə edən ilk şəxslərdən olublar. Onlar həm də qondarma “prezident” Samvel Şahramanyanı “sürgündəki vəzifəsindən məhrum etmək və onu vəzifəsindən uzaqlaşdırmaq üçün hər şeyi edən Samvel Babayanla yaxın münasibətdədirlər”. “Və deyəsən, bu qrup nəyin bahasına olursa olsun bu dəfə məqsədinə çatmaq üçün plan qurub. Dünən aksiya iştirakçıları məqsədlərini “prezident Samvel Şahramanyan artsax xalqından talanan bütün pulları geri qaytarmalı və onu məcburi köçkün Artsax xalqına verməlidir ki, onların məişət problemlərini həll etsinlər” kimi bəyan etsələr də, əslində dünən gizli şəkildə bu şüarlarla seçkilərdə üçüncü qüvvə kimi görünmək istədiklərini açıqlayıblar”, - davamında “Johovurd” yazır. Fəal Artur Osipov qeyd edib ki, Qarabağda separatçı rejim rəhbərliyi tərəfindən “təxminən 467 milyon dollar talan edilib, bu pul 48 ailəyə verilib, lakin Osipov həmin ailələrin adlarını çəkməkdən yayınıb”. Qəzet bildirir ki, etirazçıların bu “talan” niyə məhz bu günlərdə xatırlamaları hətta Qarabağdan köçmüş erməni toplumuna da qəribə gəlir. “Qeyd edək ki, bir çox artsax sakinləri dünən bu gənclərin aqressiv davranışına görə özlərini narahat hiss ediblər və onların adından jurnalistlərdən üzr istəyiblər”, -deyə erməni nəşri diqqətə çatdırır. Xatırladaq ki, Qarabağda separatçı rejimin sözügedən talançılığı haqda faktı hələ 2024-cü ilin martında hüquq müdafiəçisi Marina Poğosyan da səsləndirmişdi. Onun sözlərinə görə, “artsax investisiya fondu”ndan 467 milyon dollar mənimsənilib. Yəni Ermənistanın vergi ödəyicilərinin pullarından həmin fonda yığılan 467 milyon dollardan əsasən 46-47 ailə istifadə edib. O da məlum olur ki, “artsax investisiya fondu” “artsax inkişaf agentliyi”nin varisi kimi 2007-ci ildə yaradılıb... Geri qayıt |