Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kamandan Oxatma Federasiyası böhran içində
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kamandan Oxatma Federasiyası böhran içində

Kamandan Oxatma Federasiyası böhran içində


Dünən, 06:51
Kamandan Oxatma Federasiyası böhran içində
Bir il əvvəl böyük vədlərlə Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti seçilən Anar Quliyev ötən müddətdə bu vəzifənin öhdəsindən gələ bilmədiyini acı reallıqla sübut edib. İdman ictimaiyyəti ümid edirdi ki, yeni rəhbərlik altında federasiya dirçələcək, bu idman növü ölkəmizdə inkişaf edəcək. Amma nəticələr tam əksini göstərir – federasiya iflic vəziyyətindədir.

1 ildə 1 yarış – bu, “uğur”durmu?

Anar Quliyevin rəhbərliyi dövründə cəmi bir yarış təşkil olunub. Bəli, düz oxudunuz: bir il ərzində yalnız bir. Əgər digər yarışlar təşkil olunubsa adını bilmədiyimiz mətbuat katibi məlumat verə bilər. Bu qədər passivlik, bu qədər laqeydlik təkcə idmançılar üçün yox, ümumiyyətlə, federasiyanın özü üçün də utancvericidir. İdmançılar hazırlıq keçə bilmirlər, məşq üçün zallar belə icarəyə götürülməyib. Rəhbərlik bir il ərzində sadə bir məşq mərkəzi belə yaratmayıb.

Rəsmi sayt “ölü”, şəffaflıq sıfır

Federasiyanın rəsmi saytı faktiki olaraq işləmir. Saytda nə rəhbərlik haqqında məlumat var, nə görülən işlər, nə də idmançılarla bağlı hər hansı məlumat. İstənilən beynəlxalq federasiya nümayəndəsi və ya media üzvü bu sayta daxil olanda, qarşısında boşluq görür. Bu qədər informasiyasızlıq, bu qədər şəffaflıqdan uzaqlıq – bu, artıq sadəcə məsuliyyətsizlik deyil, laqeydliyin və qeyri-peşəkarlığın açıq göstəricisidir.

İnfrastruktur “çöllər”də

Forvard.az-a verilen məlumata görə, spesifik idman növü ilə çöllükdə məşğul olurlar. İnverter problemindən tutmuş, qablaşdırılmış qidalara qədər natamamdır. Ümumiyyətlə, infrastruktur yoxdur!

Əlaqə qurmaq – mümkünsüz missiya

Federasiyanın nümayəndələri ilə əlaqə qurmaq belə mümkünsüzdür. Əgər bir federasiya cəmiyyətlə və medianın sualları ilə bu qədər məsafəli davranırsa, demək ki, gizlədəcəyi çox şey var. Maraqlıdır: Anar Quliyev və komandası nəyi gizlədir? Həqiqi problemlər nədir? Nə baş verir və niyə bu qədər qapalı saxlanılır?

Mühüm yarışlardan geri qalırıq

Anar Quliyevin rəhbərliyi altında federasiya bir sıra vacib beynəlxalq yarışlarda iştirak etməyib. Bunların arasında Dünya Kuboku və Avropa Qran-prisini qeyd etmək olar. Bu, artıq yalnız federasiyanın problemi deyil – bu, ölkənin idman nüfuzuna zərbədir. Bir neçə il öncə müəyyən inkişaf yoluna çıxmış kamandan oxatma idman növü, indi, demək olar ki, ölüm nöqtəsinə gətirilib.

Sualımız var, cənab Quliyev: NƏ İLƏ MƏŞĞULSUNUZ?

Bir il ərzində görülməyən işlər, atılmayan addımlar, qurulmayan sistem və dağılan əlaqələr göstərir ki, Anar Quliyev federasiyanın rəhbəri kimi funksiyasını icra etmir. Əgər bu sahədə bilik, maraq və istək yoxdursa, bəlkə də, yerinizi bu işi bilən və sevən birinə vermək zamanıdır.

Azərbaycan idman ictimaiyyəti susmamalıdır. Kamandan oxatma kimi bir sahənin məhv olmasına göz yumulmamalıdır. Və ən əsası – belə rəhbərliklə federasiyanın gələcəyi yoxdur.
Geri qayıt