Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır

Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır


Dünən, 09:17
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır
Azərbaycanın müxtəlif rayonlarında yaşayan 40 şagirdin məktəbdən yayınaraq dini təhsilə cəlb olunduğu iddia edilir. Bir neçə gündür, bu məsələ sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib və birmənalı qarşılanmır. Belə ki, Beyləqan rayon İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin direktoru Pərvanə Quliyeva müxtəlif rayonlardan şagirdləri sözügedən məktəbə qeydiyyata salıb. Ailələr bunun üçün 1500 manat ödəyib və uşaqlarını dini məktəblərə təhsil almağa göndəriblər.

Azərbaycanda dini məktəb varmı? İcbari təhsildən yayınıb dini təhsil almaq hansı təhlükələrdən xəbər verir?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, sözügedən iddia realdırsa, bu, təkcə qanunsuzluq deyil, açıq-aşkar cinayət əlamətidir:

“Bu uşaqlar hansı dini təhsil müəssisələrinə göndəriliblər? Rəsmi dövlət qeydiyyatında olan yalnız Bakı İslam Kolleci var. Bütün digər dini tədris ocaqları ya qanunsuzdur, ya da xarici təsirlə fəaliyyət göstərən qeyri-rəsmi strukturlardır. Bu uşaqlar belə dini kurslara göndəriliblərsə, bu, artıq Azərbaycanın dini təhlükəsizliyi və suverenliyi üçün ciddi siqnaldır. Çünki bu cür qapalı dini tədris mərkəzlərində verilən təlim, əksər hallarda ideoloji beyin yuyulması xarakteri daşıyır. Bu tədris nə dövlət proqramına, nə də milli təhsil standartlarına uyğun gəlir. Dəqiq desək, bu, uşaqların dövlətin nəzarətindən çıxarılaraq, hansısa dini qrupların nəzarətinə verilməsi deməkdir”.

Ekspert bildirib ki, direktorun valideynlərdən 1500 manat pul alması və təhsildən yayınmağa şərait yaratması da vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması və korrupsiya cinayətləri kateqoriyasına daxildir:

“Hər bir şagirdin real təhsili dövlət tərəfindən maliyyələşdirildiyi üçün bu, eyni zamanda dövlət büdcəsinin mənimsənilməsi faktıdır. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq məsələni yalnız Təhsil Nazirliyi səviyyəsində yox, həm də milli təhlükəsizlik prizmasından araşdırmalıdır. Həmin uşaqlar 10-14 yaş aralığında dini təlimə cəlb edilirsə, sabah onlar cəmiyyət üçün təhlükə yaradan, radikallaşmış fərdlərə çevrilə bilərlər. Bu, Suriya və İraq ssenarisinin lokal formada cızılmasıdır. Məhz bu səbəbdən də dünyada bir çox dövlətlər – məsələn, Fransa, Almaniya, Rusiya – dini tədrisin dövlət nəzarəti altında və ciddi lisenziyalaşdırma ilə aparılmasını tələb edir. Azərbaycanda isə təəssüf ki, dini təhsil adı altında qeyri-rəsmi şəbəkələrin mövcudluğu hələ də ciddi şəkildə nəzarətə götürülməyib”.

Kamran Əsədov qeyd edib ki, bir direktor illərlə heç vaxt məktəbə gəlməyən onlarla uşağın qeydiyyatda görünməsinə imkan yaradırsa və buna görə cəza almırsa, deməli, Elm və Təhsil Nazirliyinin yerli idarəetmə strukturları tam iflic vəziyyətdədir:

“Fakt qəti şəkildə araşdırılmalı, məsul şəxslər – direktor da daxil olmaqla – cəzalandırılmalı, paralel olaraq, qeyri-qanuni dini tədris mərkəzlərinin şəbəkəsi ifşa edilməlidir. Dövlət təcili və sərt şəkildə tədbirlər görməlidir”.

Qeyd edək ki, son məlumatlara görə, dövlət qurumları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Geri qayıt