Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ümidlər ƏDV-yə idi, o da azaldı…
Ümidlər ƏDV-yə idi, o da azaldı…Dünən, 14:02 |
![]() Azərbaycanda istehlakçıların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri almaq imkanı verən “ƏDV Geri Al” sistemi gözləntiləri doğrultmaq əvəzinə, ilk dəfə azalma ilə gündəmə gəlib. 2024-cü ilin ilk 4 ayında istehlakçılara 55.9 milyon manat ƏDV geri qaytarılıb. Halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm 59.2 milyon manat idi. Bu isə sistemin fəaliyyətə başladığı vaxtdan bəri müşahidə edilən ilk geriləmədir. Tribunainfo.az xəbər verir ki, mütəxəssislər və bazar iştirakçıları bir neçə əsas səbəbi önə çəkirlər: Bank kartlarından oğurluq Son aylar bank kartlarına olan etibar müəyyən dərəcədə azalıb. Müxtəlif fırıldaqçılıq halları, kart məlumatlarının oğurlanması, SMS-lə dolandırıcılıqlar və bank komissiyaları bir çox insanı nağd alış-verişə üstünlük verməyə vadar edir. Vətəndaşlar düşünür ki, kartla alış-veriş etdikdə həm şəxsi məlumatları risk altına düşür, həm də əlavə xərclərlə üzləşirlər. Halbuki “ƏDV Geri Al” sistemi yalnız kartla ödəniş zamanı işləyir. Nəğd alış-verişin artması ƏDV-nin qaytarılması yalnız POS-terminal və ya onlayn ödənişlərlə aparılan alışlara aiddir. Amma son dövrlər nəğd alış-verişin yenidən artdığı müşahidə olunur. Satıcıların bir qismi müştəriləri POS-terminaldan imtina edib nəğd ödəməyə yönəldir ki, bu da ƏDV-nin rəsmi şəkildə qeydiyyatına imkan vermir. Kassalardan çek verilməməsi ƏDV qaytarmaq üçün çek təqdim olunmalıdır. Amma bəzi ticarət obyektləri bilərəkdən ya çek vermir, ya da sistemə daxil olmayan POS-lardan istifadə edir. Bu da alıcıların ƏDV-ni geri alma imkanını məhdudlaşdırır. Böyük market şəbəkələrinin siyasəti Bəzi iri market şəbəkələri ƏDV sistemi üçün uyğun texniki infrastruktur yaratmaqda ləng davranır və ya qəsdən sistemdən kənar mexanizmlər tətbiq edirlər. Bu da alıcıların ƏDV geri almasına mane olur. Ekspertlər hesab edir ki, “ƏDV Geri Al”da azalma tendensiyası davam edərsə, bu sistemin ya ciddi şəkildə təkmilləşdirilməsi, ya da tamamilə alternativ mexanizmlə əvəzlənməsi müzakirə mövzusu ola bilər. Geri qayıt |