Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məktəb direktoru pulyığmanı DANMADI...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məktəb direktoru pulyığmanı DANMADI...

Məktəb direktoru pulyığmanı DANMADI...


Bu gün, 06:32
Məktəb direktoru pulyığmanı DANMADI...
Son günlər sosial mediada və bəzi valideynlər arasında 221 nömrəli məktəbdə 6 günlük tədris sistemindən 5 günlükə keçidlə bağlı pul yığıldığı barədə iddialar yayılıb. Məsələ ictimai rezonans doğurduğu üçün biz də məsələni birbaşa məktəbin direktoru Cavid müəllimdən öyrənməyə qərar verdik.

Məktəb direktoru pulyığmanı DANMADI...

– Cavid müəllim, ilk olaraq bunu dəqiqləşdirmək istərdik: doğrudurmu ki, 5 günlük tədris sisteminə keçmək üçün valideynlərdən pul toplanır?

– Xeyr, bu iddialar həqiqəti əks etdirmir. Valideynlərdən bir qəpik də yığılmır. Məktəbdə 4 pəncərəli siniflərimiz var, onları iki-iki bölərək dərs otaqlarını 24 nəfərlik qruplara ayıracağıq. Bu, həm şagirdlərin rahatlığı, həm də tədrisin keyfiyyəti baxımından vacibdir. Bunun üçün müəyyən təşkilati işlər görülür və bu işlərin maliyyə yükünü müəllimlər öz aralarında könüllü şəkildə qarşılayırlar. Burada şagirdlərin və valideynlərin heç bir iştirakı və maliyyə öhdəliyi yoxdur.

– Belə çıxır ki, müəllimlər bu təşəbbüsə könüllü qoşulurlar. Bəs bu texniki dəyişikliklər nəyə xidmət edir?

– Bildiyiniz kimi, 6-cı gün məktəbə gəlmək şagirdlər üçün də, valideynlər üçün də əlavə yorğunluq və narahatlıq yaradır. Təhsil Nazirliyinin də təşviq etdiyi kimi, artıq bir çox məktəb 5 günlük tədrisə keçib. 6-cı gün həm uşaqların, həm də müəllimlərin istirahəti üçün vacibdir. Üstəlik, həmin gün məktəbin dezinfeksiyası, texniki xidmət işləri aparıla bilər. Biz də bu praktikaya qoşulmaq istəyirik.

– Bəs müəllimlərdən bu vəsaitin yığılması necə həyata keçirilir? Hər hansı məcburiyyət varmı?

– Heç bir məcburiyyət yoxdur. Açıq şəkildə deyirik ki, kim istəsə, könüllü şəkildə qatılır. Kim istəməsə və ya imkanı yoxdursa, heç bir problem yoxdur. Məktəbdə 170-ə yaxın müəllim var və hər birinin fikrinə hörmətlə yanaşırıq.

– Amma belə söz-söhbətlərin yayılması sizcə nədən qaynaqlanır?

– Ola bilsin ki, kiminsə imkanı var və bu təşəbbüsə qoşulur, kiminsə yox. Amma bu cür dezinformasiyaların yayılması narahatedicidir. Məhz bunun qarşısını almaq üçün biz valideynlər üçün “qaynar xətt” də yaratmışıq. Hər bir valideyn həmin xəttə və ya şəxsən mənim nömrəmə zəng edib istənilən şikayətini bildirə bilər. Əgər hər hansı müəllim şagirddən pul istəyibsə, mən o müəllimi dərhal çağırıb izahat alacağam. Bu məsələdə sıfır tolerantlıq mövqeyindəyik.

– Demək istədiyiniz budur ki, məktəbdə 5 günlük sistemə keçid qanuni və təşkilati əsaslarla aparılır və heç bir pul yığımı valideynlərə yönəlmir.

– Bəli, tam olaraq belədir. Bu qərarın məqsədi tədris prosesinin daha effektiv, təhlükəsiz və rahat olmasını təmin etməkdir. Şagirdlərin dərs yükü azaldılacaq, müəllimlərin işi yüngülləşəcək, eyni zamanda məktəbin texniki vəziyyəti də daha yaxşı nəzarətdə saxlanacaq.

– Təşəkkür edirik, Cavid müəllim. Verdiyiniz açıqlamalar cəmiyyət üçün də aydınlıq yaratdı.

– Mən də sizə təşəkkür edirəm. İstəyimiz budur ki, uşaqlarımız daha yaxşı şəraitdə oxusunlar. Əgər hər hansı sual və ya narahatlıq yaranarsa, biz daim açığıq.

Təzadlar.az
Geri qayıt