Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olunduBu gün, 06:46 |
![]() Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilov hələ 2014-2015 ci illərdə birlikdə işlədiyi Məlikov Faiq Cabir oğluna vəzifə verib. "DİA-AZ" Kanal15.az-a istinadən bildirir ki, Rafiq Cəlilov o zamanlar Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi işlədiyi müddət ərzində Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş sonradan isə 8 saylı DƏDRX-də vəzifə almış MƏLİKOV FAİQ CABİR OĞLU ilə sıx "əməkdaşlıq" edib. Onların birgə işləri barəsində bir çox media resurslarında araşdırmalar yazılmışdır. 07.05.2025-ci il tarixdə (reyestr məlumatına əsasən) Cəlilabad rayon İcra hakimiyyəti başçısı Rafiq Cəlilov köhnə tanışı Məlikov Faiq Cabir oğlunu Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib. Geri qayıt |