Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda gizli dini şəbəkə təhlükəsi
Azərbaycanda gizli dini şəbəkə təhlükəsiBu gün, 00:09 |
![]() “Günümüzdə mövcud situasiyanı bəzən dəyərləndirə bilmədən bu təhlükəni görə bilmirlər. Amma nəticə etibarilə hər yerdə, məsələn, dini qrupların, dini cərəyanların nümayəndələri fərqli formalarda iştirak edirlər.” Bunu “Ajans.az”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, onlar artıq bəzi yerlərdə mövqe tutublar. “Onsuz da onlar bir-birilərinə daim dəstək olurlar. Gələcəkdə onların ciddi problemə səbəb olacaqlarını görmək mümkündür. İndinin özündə belə reallığı dilə gətirənlərə qarşı onlar əlaltılarını hərəkətə keçirirlər. Bir növ onları qızışdırırlar. Çünki mövzudan yayındırmağa çalışırlar. Amma diqqətli olmalıyıq. Çünki Türkiyə kimi bir ölkədə FETÖ əvvəllər özlərini necə aparırdısa, müxtəlif qurumlarda necə iştirak edib, haralara nüfuz etmişdilərsə, eyni ssenarinin Azərbaycanda baş verməməsi üçün tədbirli olmalıyıq. Ümid edirəm ki, dövlətimiz bu məsələdən xəbərdardır və mövcud situasiyanı qorumağa çalışır. Bu məsələnin qarşısını almaq lazımdır. Əks halda həmin məzhəb nümayəndələri əllərinə güc keçən kimi öz məqsədləri naminə qərarlar verdikləri təqdirdə ciddi problemlərlə üzləşə bilərik.” Geri qayıt |