Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir

Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir


Bu gün, 08:28
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bildirib ki, biz mütləq və tam Qələbə qazandıq. Ölkə başçısı vurğulayıb ki, nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmayıb: "Elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi". Dövlət başçısı qeyd edib ki, Vətən müharibəsində qazandığımız Zəfər hamımızın Qələbəsidir: "Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".

Dövlət başçısının diqqət çəkdiyi məqamı "Sherg.az"a dəyərləndirən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqı XXI əsrin ən böyük tarixini yazmağı bacardı. Professor bəyan edib ki, İkinci Dünya müharibəsindən sonra heç bir dövlət, xalq öz ərazi bütövlüyünü Azərbaycan kimi effektiv bərpa edə bilməmişdi:

"Dünyada saysız-hesabsız etnik zəmində, ərazi zəminində baş vermiş münaqişələr mövcuddur. Lakin bu münaqişələrin hansısa birinin məhz haqlı tərəfin qələbəsi ilə başa çatdığı haqqında təcrübə demək olar ki, yoxdur. Azərbaycan xalqı həqiqətən də müasir dünya tarixinin ən böyük hərbi-siyasi uğurunu qazanmağı bacardı. Biz hər zaman keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə tənzimlənməsini istəmişik, bunun tərəfdarı olmuşuq. Ancaq işğalçı Ermənistan Azərbaycanın çağırışlarına düzgün reaksiya vermirdi. Prezident cənab İlham Əliyev də dəfələrlə vurğulayırdı ki, münaqişəni dinc vasitələrlə tənzimləmək istəyirik, lakin mənasız danışıqları sonsuzadək davam etdirməyəcəyik. Hərbi gücümüz imkan verirdi ki, torpaqlarımızı erməni işğalından azad edək. O zaman həm Ermənistan, həm də kənar siyasi dairələr Azərbaycanın mövqeyinə adekvat yanaşma sərgiləmədilər. Düşünürdülər ki, münaqişə vəziyyətini daim saxlaya biləcəklər. Amma Azərbaycan dövləti, xalqı nümayiş etdirdi ki, böyük cəsarət və güc sahibidir. 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarımızı erməni işğalından cəmi 44 gün ərzində azad etməklə Azərbaycan dövlətinin obrazını bir daha dünyaya tanıtdıq. Sübut etdik ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Yetərincə gücümüz, siyasi iradəmiz olduğu halda münaqişəni dinc vasitələrlə tənzimləmək istəyirdik. Bu, bizim nə dərəcədə humanist xalq olduğumuzu dünyaya göstərdi. Digər yandan göstərdik ki, dövlətimiz, xalqımız böyük iradə, cəsarət, strateji baxış sahibidir".

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan öz ərazisindəki separatizm ocağını da söndürdü:

"Separatizmin məhvi sadəcə Azərbaycan üçün deyil, dünya üçün böyük töhfədir. Hazırda dünyada təxminən 50-yə qədər separatizm ocaqları mövcuddur ki, bu da qlobal təhdidlər yaradır. Azərbaycan separatizmi ortadan qaldırmaqla həm də dünyaya bir təcrübə təqdim etdi. Bu baxımdan ölkə Prezidentinin Ağdam Muğam Mərkəzinin açılışında səsləndirdiyi fikirlər bir daha göstərir ki, Vətən müharibəsində qazandığımız Qələbə dövlətimizin iradəsinin tərənnümü idi. Bu Qələbə nümayiş etdirdi ki, xalqımız, qəhrəmanlarımız öz torpaqları uğrunda canlarından, qanlarından keçməyə hazırdırlar. Dövlət başçısı bu məqama diqqət çəkməklə Azərbaycanın Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya yaratmasına bir daha işarə etdi".

Geri qayıt