Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI

İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI


Bu gün, 15:08
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI
İmişlidə SSRİ bayrağı qaldıran sədr danışdı: "Bunun nəyi pisdir ki?"
İmişlidə SSRİ bayrağı qaldıran sədr danışdı: "Bunun nəyi pisdir ki?"
Ölkə 13 May 2025, 13:44
İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

O bildirib ki, burada heç bir pis şey yoxdur.

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır", - Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: "İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".


Geri qayıt