Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib

Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib


Bu gün, 06:38
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib
Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi və milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib. Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb. Dövlət başçısı milli müdafiə naziri Yaşar Güləri də qəbul edib. Prezident PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, PKK terror qruplaşmasının özünü ləğv etməsi tarixi hadisədir və bizi də sevindirdi. Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir. Prezident vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirib və bu hadisənin (PKK-nın özünü ləğv etməsi-red.) bölgə üçün əhəmiyyətinə toxunub. O, bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini də xatırladıb. Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib. Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb. Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, qardaşlıq münasibətləri regional və qlobal sistemin işləyişinə, yeni dünya nizamının quruculuğuna təsir göstərən önəmli amillərdən birinə çevrilib. Alim vurğulayıb ki, bunu həmçinin, Türk Dövlətləri Təşkilatının yüksələn gücü kimi dəyərləndirmək lazımdır:

"Dünyada önəmli hadisələr baş verərkən istər Azərbaycan, istər Türkiyə müxtəlif istiqamətli xarici siyasət həmlələri həyata keçirirlər. Hər iki dövlət milli hədəflərini reallaşdırmaq üçün məqsədyönlü, planlı, proqramlı siyasət icra edirlər. Azərbaycan və Türkiyə təhlükəsizlik bürokratiyası çox yaxın əməkdaşlıq şəraitində, məsləhətləşmələr içərisində öz siyasətlərini reallaşdırırlar. Şuşa Bəyannaməsi ilə birlikdə, əslində, Azərbaycan və Türkiyənin əməkdaşlıq formulunun dərinləşmə istiqamətləri də açıq şəkildə ortaya qoyulub. Hər hansı təhlükə və təhdid zamanı Azərbaycan və Türkiyə "tək ordu, tək dövlət" formatına keçir. Təhlükəsizlik Şuralarının birgə toplantılarının keçirilməsi, bölgə və xarici siyasət planlamaları daimi məsləhətləşmələr tələb edir. Dünyada bənzəri olmayan münasibətlər sistemindən söhbət gedir. Azərbaycan öz ərazi bütövlüyünü təsis edərək Cənubi Qafqazda yüksələn güc kimi ortaya çıxdı. Çinlə əməkdaşlıq, Avropa İttifaqının Azərbaycana, Türküstana olan ehtiyacı, Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlaması, Bakının İsrail-Türkiyə gərginliyini aradan qaldırmaq təşəbbüsləri ortadadır. Digər yandan Türkiyənin qlobal oyunçu kimi Rusiya-Ukrayna savaşında, Fələstin məsələsində, Hindistan-Pakistan qarşıdurmasında, yəni bu məsələlərlə bağlı müzakirələrdə aparıcı rol oynaması faktı da bəllidir. Belə bir şəraitdə bütün parametrləri yenidən gözdən keçirmək, təhlil etmək üçün Türkiyə müdafiə nazirinin, Milli Təhlükəsizlik Şurasının Baş katibinin Azərbaycana səfərləri və görüşlərdə dövlət başçısının verdiyi mesajlar çox önəmlidir".

T.Nüsrətoğlu PKK-nın özünü ləğvetmə qərarına və bu istiqamətdə atılan addımlara da münasibət bildirib:
"PKK könüllü şəkildə, yəni istəyərək özünü buraxmaq, ləğv qərarı almayıb. Türkiyənin xarici siyasətdə yüksələn dəyəri, Suriya və İraqda həyata keçirdiyi strateji həmlələr, terror təşkilatlarının fəaliyyətində halqanın daralması, ard-arda həyata keçirilən hərbi əməliyyatlar terrorizmi bitirmə nöqtəsinə gətirdi. Suriyada yeni hakimiyyətin, Türkiyəyə meyilli hökumətin formalaşması oradakı PYD, YPG qruplaşmalarını da çarəsiz durumda qoydu. Onların əsas himayəçisi ABŞ-nin Türkiyəyə ehtiyac duyması, yeni dönəmdə münasibətləri inkişaf etdirmək istəyi də terrorçu təşkilatları dəstəksiz, köməksiz qoydu. Türkiyənin birmənalı tələbi PKK ilə yanaşı, PYD, YPG qruplaşmalarının da silahsızlaşdırılmasıdır. Türkiyənin milli təhlükəsizlik siyasəti və uğurlu hərbi əməliyyatları indiki vəziyyətin yaranmasına səbəb oldu. Bu, kifayət qədər mühüm hadisədir. Əlbəttə, PKK-nı himayə edənlərin, ona ağıl verən güclərin başqa planları da ola bilər. Çünki həmin güclərin Türkiyəyə düşmən mövqeyi dəyişmir, bitmir. PKK və onun qurucuları, həmin zehniyyəti təmsil edənlər Türkiyəyə problem yaratmaq cəhdlərini davam etdirəcəklər. Onlar əmr qullarıdır və öz ağalarının təlimatlarını icra edirlər. PKK-nın özünü buraxması barədə bəyanatında istifadə etdikləri üslub, dil də tamamilə dövlətçiliyə, Türkiyəyə qarşıdır. Göründüyü kimi PKK özünü ləğv etmə qərarı verməyə məcbur buraxılıb. Türkiyə dövləti heç zaman hansısa terrorçu ünsürə, bölücü təşkilata boyun əyməz, heç vaxt onların tələblərini qəbul etməz. Türkiyənin Yaxın Şərqdə fərqli açılım siyasəti də gündəmdədir. Yəni Osmanlıdan qalmış birləşdirici mirası, bölgədə sülhün, stabilliyin bərqərar olmasını təsis etmək siyasəti var. Təbii ki, burada terrora bulaşmayan, öz dövlətini sevən kürd kökənli qüvvələrə də yer veriləcək. Bu, tamam ayrı məsələdir. PKK terrorçuları ilə isə başqadır. O baxımdan Türkiyənin "terrorsuz Türkiyə" əməliyyatını daha genişmiqyaslı layihə kimi dəyərləndirmək lazımdır. Türkiyə güclənir və Türkiyənin gücü eyni zamanda Azərbaycanın gücüdür".
Geri qayıt