Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Siyəzəndə dövlət tenderlərini kimlər udur?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Siyəzəndə dövlət tenderlərini kimlər udur?

Siyəzəndə dövlət tenderlərini kimlər udur?


Bu gün, 10:17
Siyəzəndə dövlət tenderlərini kimlər udur?
2020-ci ildən indiyə qədər Siyəzən rayonunda ümumilikdə 55 tender keçirilib. Bu tenderlər nəticəsində şirkətlər və fiziki şəxslər ümumilikdə 5,4 milyon manatlıq sifariş əldə ediblər.

FED.az
xəbər verir ki, keçirilən tenderlər əsasən infrastruktur işləri, abadlıq və təmir xidmətləri sahələrini əhatə edib.

Rayonda sayca ən çox tender qazanan şirkət “Everest Tikinti” MMC (VÖEN: 3901461461) olub. Şirkət ümumilikdə 4 tender udaraq 883.530,84 manat dəyərində sifariş əldə edib. Bu işlər əsasən Siyəzən şəhər İnzibati Ərazi Dairəsi və Siyəzən Suvarma Sistemləri İdarəsi tərəfindən verilib.

Qeyd edək ki, “Everest Tikinti” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rubeydə Ağasiyeva Ramiz qızıdır. Hüquqi ünvanı AZ4035, Quba rayonu, Zərdabi, ünvanında yerləşir.

İkinci yerdə “Avtoyoltikintiservis” MMC (VÖEN: 1904350701) qərarlaşıb. Şirkət Siyəzəndə keçirilmiş 3 tenderin qalibi olub və bu tenderlərdən ümumilikdə 274.712,78 manat qazanıb. Sifarişlər sırasında Siyəzən Rayon Polis Şöbəsinin inzibati binasında əsaslı təmir işləri də yer alır.

Qeyd edək ki, “Avtoyoltikintiservis” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Məmmədov Adil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 195, m. 6 ünvanında yerləşir.

Digər üç tenderin qalibi olan “MNK Trading” MMC (VÖEN: 1603901761) isə Siyəzən Suvarma Sistemləri İdarəsi üçün müxtəlif maşın mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, sürtkü yağlarının alınması ilə bağlı sifarişlər yerinə yetirib. Ümumi məbləğ 60.403,02 manat olub.

Qeyd edək ki, “Avtoyoltikintiservis” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Camil Hüseynov Səxavət oğludur. Hüquqi ünvanı AZ1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev m7, m. 5 ünvanında yerləşir.

İki tender udan şirkətlər sırasında isə bir neçə ad yer alır. “Rash.M.M.Trade and Services-2020” MMC (VÖEN: 1303449481) Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və şəhərdaxili yolların təmirinə aid iki tenderi udub. Bu sifarişlərin dəyəri 916.821,57 manat təşkil edir və bu göstərici ilə şirkət rayonda ən iri məbləğdə sifariş alan şirkət hesab olunur.

Qeyd edək ki, “Rash.M.M.Trade and Services-2020” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 406 939 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İsgəndər Əliyev İsrafil oğludur. Hüquqi ünvanı AZ0900, Bərdə rayonu, Bərdə şəhəri, Nizami, ev 115 ünvanında yerləşir.

“Aztikintiservis” MMC (VÖEN: 3103031301) iki tender vasitəsilə 290.285,9 manat, “SVS-Ltd” MMC 9VÖEN: 2900259021) isə 285.621,63 manatlıq sifariş qazanıb. Hər iki şirkətin layihələri suvarma sahəsinə və kanal qurğularının təmirinə aiddir. Suvarma sahəsində fəaliyyət göstərən digər şirkət – “SM Construction Company” MMC (VÖEN: 2001805261) isə iki tender üzrə 13.032,78 manat dəyərində şüşə lifli boruların alınması və laminasiya işlərini yerinə yetirib.

Qeyd edək ki, “Aztikintiservis” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Paşa Papaqçiyev Yusif oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə (Xırdalan qəs.), ev 11 ünvanında yerləşir.

Qeyd edək ki, “SVS-Ltd” MMC 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 91 020 AZN təşkil edir. Hüquqi ünvanı AZ5021, Sumqayıt şəhəri, Corat, ev 579B ünvanında yerləşir.

Qeyd edək ki, “SM Construction Company” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İqbal Hüseynov İlqar oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal , ev 68, m. 79 ünvanında yerləşir.

Səhiyyə sahəsində “Arash Medical Company” MMC-nin (VÖEN: 1402018961) adı çəkilir. Şirkət Siyəzən Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilmiş iki tenderin qalibi olub. Bu tenderlər generator və tibbi avadanlıqların təmirini əhatə edir və ümumi dəyəri 7.401,43 manatdır.

Qeyd edək ki, “Arash Medical Company” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 11 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran Məmmədov Abid oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə, ev 26 ünvanında yerləşir.

Tenderlərdə iştirak edən fiziki şəxslər arasında isə ən çox sifariş alan Şahin Seyidağa Oğlu Mirzəyev (VÖEN: 7100013482) olub. O, 6 tender udaraq 362.824,02 manatlıq sifariş icra edib. Onun işləri əsasən tikinti materiallarının alınması və təmir sahəsini əhatə edir.

İkinci yerdə Ceyhun Seydağa Oğlu Mirzəyev (VÖEN: 7100220852) qərarlaşıb. O, 4 tender qazanaraq 256.375,33 manatlıq sifariş əldə edib. Qalib olduğu tenderlər kanalın təmiri, maşın və ehtiyat hissələrinin alınması ilə bağlıdır.

Geri qayıt