Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi

“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi


Bu gün, 09:15
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi
“Ailə Park” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilən kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımi qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib.

Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və sökülmələrinin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv olunub.

Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.

İstintaq orqanı tərəfindən “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunub.

Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən QSC-də direktor vəzifəsində işləyir və ümumi işlərə rəhbərlik edir: “Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbə ilə bir və ya iki evi, digər tikililəri sökdükdən sonra orada təmizlik işlərini aparırlar, zibilləri yığıb kənara atmışıq. Yerində isə sonra yüksəkmərtəbəli binanın inşasının aparılmasını təmin etmişik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında, Novruz Bayramı bitdikdən sonra, yəni martın 22-dən başlayaraq ayın sonunadək onlar tikinti aparılan ərazidə yerləşən Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarında yerləşən binaları, tikililəri söküblər və təxminən 8-10 günə həmin ünvanda yerləşən işləri bitiriblər: “Bundan sonra biz orada təmizlik işləri aparmışıq və həmin ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor kimi aparılan bütün işlərə o rəhbərlik edib. Onun sözlərinə görə, cinayət işində adı keçən zərərçəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliliklə cədvəl üzrə aparılıb: “Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Çünki həmin mənzillərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm”.

Hüseyn Mədətov qeyd edib ki, zərərçəkmiş şəxsə məxsus ünvanında yerləşən qeyri-yaşayaş sahəkırinin saxlanılması öhdəliyinin olmasını bilməyib: “Çünki həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarının gözləməli olduğunu bilməmişəm”.

İş üzrə zərərçəkmiş Qiyas Ağayev bildirib ki, üç otaqlı mənzili 2021-ci ildə 120.000 manata alıb: “Mənzili alan zaman mənzildə əşyalar olsa da, orada yaşamamışıq. Mən işim ilə əlaqədar çox vaxt Türkiyədə oluram. Razılığım olmadan mənzilimi söküblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mən həmin mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də, razılıq olmayıb. Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 000 manat ziyan dəyib. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbim var”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Zərərçəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər QSC-dən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Zərərçəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb.

Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin kasasiya şikayətləri də təmin olunmayıb.

Geri qayıt