Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldıBu gün, 08:55 |
![]() Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) işinə Ali Məhkəmədə yekun qərar verilib. "DİA-AZ"ın məlumaına görə , Teleqraf-ın əldə etdiyi xəbərə görə, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb. Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub. Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqla təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub. Cinayət işi üzrə təqsirlənirilən şəxs qismində ifadə verən Səbuhi Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. ![]() Hökmdən narazı qalan zərərçəkmiş Şahin Əliyev apellyasiya şikayəti verib. O, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq Səbuhi Rəcəbə daha ağır cəzaya, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib. Digər zərərçəkmiş Səbinə Əliyeva da eyni tələblə şikayət verib. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil iddia edib ki, araşdırma zamanı Səbuhi Rəcəbə verilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham sübuta yetirilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm zərərçəkmiş şəxslər tərəfindən, həm də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb. Bundan sonra hər iki tərəf kasasiya şikayəti verib. Onların şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayətlər təmin edilməyib. Qeyd edək ki, Səbuhi Rəcəb həbsdə olduğu müddətdə yeni cinayətləri müəyyən edilib və araşdırma aparılıb. O, hazırda idmançı Elman Mirzəyevlə birlikdə mühakimə edilir. ![]() Həmin cinayət işindən məlum olur ki, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub. Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb. Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar. İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İ.Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək. ![]() Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər. Müttəhim idmaçıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Geri qayıt |