Əsas Səhifə > Ana xəbərlər, Güney Press > TARİXİ BAKI... HƏDƏFDİRMİ?

TARİXİ BAKI... HƏDƏFDİRMİ?


Bu gün, 09:01
TARİXİ BAKI... HƏDƏFDİRMİ?
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi 24 ünvanında yerləşən və 1882-ci ildə Nobel qardaşları tərəfindən inşa edilən tarixi bina plana salınıb. Rəsmi qurumlar binanın qəzalı vəziyyətdə olduğunu əsas gətirərək onun sökülməsi ilə bağlı qərar veriblər. Artıq sakinlərin bir qismi ərazidən köçürülüb.

Baş verənlər fonunda tarixi binaların plana salınması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir qrup bunu şəhərin yenilənməsi və təhlükəsizlik baxımından vacib addım kimi qiymətləndirir. Digərləri isə sözügedən prosesin mədəni irsin itirilməsi ilə nəticələndiyini düşünür.

Tarixi binaların plana salınması doğrudurmu? Bu balans necə qorunmalıdır?

Globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, tarixi binaların plana salınması mümkündür:

“Amma başqa əraziyə köçürülməklə və ya eynisi tikilməklə bunu etmək olar. Ümumiyyətlə, belə binalar qəza vəziyyətindədirsə, bərpası gündəmdədir. Lakin plana da salına bilir. Belə ki, şəhərin genişləndirilməsində ciddi problem yaradırsa, bu, şərtlərə uyğun edilir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, eləcə də, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin vasitəsi ilə balans tənzimlənir. Bu istiqamətdə başqa bir qanun yoxdur”.

Geri qayıt